Sabah RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya rəsmi səfər edəcək

Sabah RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya rəsmi səfər edəcək

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov aprelin 7-də Azərbaycana rəsmi səfərə gələcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun sabah başlayacaq rəsmi səfəri aprelin 8-dək davam edəcək.

Qeyd edək ki, aprelin 8-də Bakı şəhərində MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə