Məclis sədri: “Beynəlxalq platforma bizi tanımalıdır”

Məclis sədri: “Beynəlxalq platforma bizi tanımalıdır”

"Beynəlxalq platforma bizi tanımalıdır". SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Sibəl Siber Londonda təşkil etdiyi mətbuat konfransında deyib.

Siber Kiprdə məsələnin həlli üçün 2004-cü illə müqayisədə daha müsbət şərtlərin olduğunu bildirib.

Kipr Türk toplumunun beynəlxalq sahədə yetərincə tanındığını deyən Məclis sədri Siber qeyd edib ki, məsələnin həlli və sülh ayrı-ayrı anlayışlardır: "Məsələ masa başında həll edilər, lakin sülhü icmalar yaradar. Sülh üçün iki icma arasında razılıq əldə edilməlidir".

Sibəl Siber Kipr Türk toplumunda çözüm iradəsinin hər zaman yüksək olduğunu bildirərək, beynəlxalq sahədə gücü olanların daha çox prosesin içərisində olduğunu deyib.

Siber məsələnin həllinin iki tərəfin iqtisadiyyatına və ticarətinə faydalı olacağını da dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə