Aprelin 4-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola saldılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB