Prezident İlham Əliyev Necdet Özeli qəbul edib

Prezident İlham Əliyev Necdet Özeli qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğurla inkişaf etdiyi vurğulanıb, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özelin ölkəmizə səfərinin bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə