"Vladimir Jirinovski Rusiya hakimiyyətinin istəklərini ifadə eləyir. Əgər Rusiya dövlətində belə bir məsələ olmasa idi, Jirinovski bu qədər açıq şəkildə bəyanatlar verməzdi".
Bu fikriləri SİA-ya açıqlamasında Böyük Quruluş Partiasının (BQP) sədri, millət vəkili fazil Mustafa bildirib.
Rusiya Dövlət Dumasının vitse-spikeri V.Jirinovskinin Qarabağın Azərbaycana birləşdiriləcəyi ilə bağlı bəyanatlarına münasibət bildirən F.Mustafa onu da qeyd ediub ki, Jirinovski özbaşına danışmır: "Məncə, Azərbaycan tərəfi əlindən gələni etməli, Jirinovskinin bu bəyanatlarına cavab verməlidir".
F.Mustafa Türkiyədəki bələdiyyə seçkilərinin saxtakarlıqla keçirildiyi ilə bağlı iddialara da münasibət bildirib: "Türkiyədəki seçkilərdə də ola bilsin ki, qüsurlar olsun. Əksər seçkilər müəyyən qüsurlarla müşaiyət olunur. Amma Türkiyədə seçkilərdə AKP-nin qələbəsi açıq-aydın görünür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB