Aydın Hüseynov: "Azərbaycan hər zaman haqqın, ədalətin yanında olub, bundan sonra da olacaq" RƏY

Aydın Hüseynov: "Azərbaycan hər zaman haqqın, ədalətin yanında olub, bundan sonra da olacaq" RƏY

"Azərbaycan BMT-nin Baş Məclisində Ukraynanın ərazi bütövlüyünə səs verməsi ilə bir daha sübut etdi ki, istənilən hər bir ölkənin ərazi bütövlüyü toxunulmaz olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bəzi siyasi müxalifətyönlü ekspertlərin mətbuatda "Rusiyanın Azərbaycana qarşı siyasətinə yenidən baxa biləcəyi" iddialarına münasibətini bildirərkən deyib.

Aydın Hüseynov qeyd edib ki, bəzi media orqanlarında cəbhə xətti boyunca atəşkəsin intensiv şəkildə pozulmasının arxasında Rusiya amilinin dayanmasını iddia edənlər kökündən yanılırlar və burada Rusiya ilə Azərbaycan arasındakı münasibətləri pozmağa çalışan, ortada süni ajiotaj yaratmaqla insanlar arasında xof yaratmağa cəhd edən maraqlı tərəflər var. Həmin tərəflər isə bilavasitə, Ermənistan rəhbərliyinin mövqeyini nümayiş etdirirlər: "Söz yox ki, belə bir vəziyyətdə ölkələrimiz arasında mövcud normal münasibərtləri pozmaq istəyənlər var. Təəssüf ki, onlar yenə də erməni dəyirmanına su tökməyə cəhd edən tərəflərdirlər. Bunlar Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəs rejiminin pozulmasını Azərbaycanın BMT Baş Məclisində Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs verməsi ilə əlaqəndirəndirirlər. Hansı ki, unudurlar ki, Krımda referendum keçirilməmişdən öncə Azərbaycan tərəfi sözügedən problemin beynəlxalq hüquq prinsipləri və Ukraynanın konstitusiyası çərçivəsində həll olunmasının vacibliyini bəyan etmişdi".

"Atəşkəsin pozulmasına gəlincə, bu, artıq işğalçı Ermənistanın növbəti təxribatıdır və bölgədə gərginlik yaratmaq üçün edilən uğursuz cəhddir" - deyə vurğulayan YAP Siyasi Şurasının üzvü eyni zamanda qeyd etdi ki, Azərbaycan BMT-nin Baş Məclisindəki səsvermədəki qəti mövqeyi ilə isbat etdi ki, dövlətimiz hər zaman haqqın, ədalətin yanında olub və bundan sonra da olacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə