Zahid Oruc: “Azərbaycan dövlətinin bu istiqamətdə sistemli siyasəti mövcuddur” AÇIQLAMA

Zahid Oruc: “Azərbaycan dövlətinin bu istiqamətdə sistemli siyasəti mövcuddur” AÇIQLAMA

"26 fevral Xocalı faciəsi 31 Mart azərbaycanlılarının soyqırım tarixinin təkrarlanan bir formasıdır". Bunu SİA-ya millət vəkili Zahid Oruc deyib.

Parlament üzvünün sözlərinə görə, bu hadisələrdən birini inkar edən ermənilər digərindən özlərini qaçıra bilmirlər: "Ermənilər əzəli olaraq belə bir təxəyyülü, düşüncəni daşıyırlar ki, hər zaman azərbaycanlılara qarşı olsunlar, bizim genimizi məhv etsinlər və bizi bir millət kimi hər hansı formada tarixin səhifəsindən silsinlər. Ona görə də nə yüz il əvvəlki tarixin, nə də ki Xocalı soyqırımının beynəlxalq qiyməti bizim arzuladığımız səviyyədə özünü göstərmir. Lakin buna baxmayaraq, son illər bu istiqamətdə çox böyük addımlar atılıb.

Azərbaycan dövlətinin bu istiqamətdə sistemli siyasəti mövcuddur. Biz gerçək faciələrdən danışırıq, amma ermənilər saxta tarixi, "soyqırımılar"ından özünə dövlət qurmaqla məşğuldur. Amma biz dövlətimiz faciələr üzərində qurmaq fikrində deyilik. Azərbaycan xalqı qələbələrlə, uğurlu döyüşlərlə qürur duymaq istəyir. Hesab edirəm ki, bu məsələlərə qəti bir inkişaf modeli ilə yanaşılması gərəkdir. Yəni bu hadisənin matəm kimi qeyd olunması ikiqat əks effekt verir".

Bütün xəbərlər Facebook səhifəmizdə