"Əslində bu fikirlər təsadüfi səslənmir. Həm Jirinoviskini, həm də Ermənistandakı ayrı-ayrı şəxsləri danışdıran da Rusiyadır. Onların fikirlərinin əsas mahiyyəti də ondan ibarətdir ki, Qarabağın Ermənistanın tərkibində qalmasını təmin etmək üçün onun Rusiyaya birləşdirilməsi lazımdır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli 1992-1995-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş, 1993-cü ildə müdafiə nazirinin səlahiyyətlərini icra etmiş Norat Ter-Qriqoryantsın "Jirinovskinin bəyanatını dəstəkləyirəm. 1813-cü il Gülüstan sülh müqaviləsinə əsasən Qarabağ Rusiya imperiyasına daxil olub. Ermənistan Dağlıq Qarabağla birlikdə referendum keçirməli və Rusiya Federasiyasının tərkibinə daxil olmalıdır" fikrinə münasibət bildirərkən söyləyib.
Politoloqun qeyd etdiyinə görə, onlar yaxşı başa düşürlər ki, Qarabağ heç zaman Ermənistanın tərkib hissəsi olmayacaq: "Əlbəttə, onlar çox yaxşı anlayırlar ki, Qarabağ heç bir zaman Ermənistanın tərkib hissəsi olmayacaq. Bunun üçün hər hansı bir zəmin yoxdur. Söz yox ki, bu fikirlər Rusiyanın əsrlər boyu formalaşmış imperiya iddialarından irəli gəlir".
Xatırladaq ki, daim anti-türk və anti-Azərbaycan fikirləri ilə gündəmdə qalmağa cəhd edən Vladimir Jirinovskinin növbəti məlum bəyanatından sonra Ermənistanın bir sıra dairələri Qarabağın Rusiyaya birləşdirilməsi üçün "referendum" keçirilməsini Ermənistan hakimiyyətindən tələb etməyə başlayıblar.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB