Ukrayna MDB ölkələri Baş Qərargah rəislərinin Bakı toplantısına qatılmayacaq

Ukrayna MDB ölkələri Baş Qərargah rəislərinin Bakı toplantısına qatılmayacaq

Ukrayna Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasına öz nümayəndəsini göndərməyəcək. SİA-nın xəbərinə görə, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinin mədəni, humanitar və informasiya məsələləri üzrə üçüncü katibi Yuri Lupey deyib.

Onun sözlərinə görə, Ukrayna MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin Bakıda keçiriləcək iclasında təmsil olunmayacaq.

Xatırladaq ki, Ukrayna bir neçə gün öncə 2014-cü ildə Müstəqil Dövlətlər Birliyində (MDB) öz sədrliyini dayandırdığı bəyan etmişdi. Bu barədə məlumat verən Ukrayna XİN-in İnformasiya siyasəti departamentinin direktoru Yevgeni Perebeynos bildirmişdi ki, 1991-ci ildə imzalanmış Belovej sazişinə görə, Ukrayna MDB-nin yaradıcılarından biri olsa da, o, təşkilatın Nizamnaməsini təsdiq etməyib və buna görə də de-yure Birliyin iştirakçısı deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə