Ermənistanı Azərbaycanda keçirilən tədbirdə təmsil edəcək hərbçinin vəzifəsi dəqiqləşdirilib
Ermənistan Müdafiə Nazirliyi Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasında iştirak formatını dəqiqləşdirib. SİA-nın xəbərinə görə, bu barədə "Armenia Today" yazıb.
Məlumata görə, nazirliyin mətbuat katibi Artsrun Ovannisyan dəqiqləşdirib ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuri Xaçaturovun əvəzinə iclasda Ermənistan Silahlı Qüvvələrinin Moskvadakı nümayəndəsi iştirak edəcək.
Xatırladaq ki, bundan öncə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirmişdi ki, Bakıda keçiriləcək iclasda Ermənistanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuri Xaçaturov təmsil edəcək.
Qeyd edək ki, aprelin 7-8-də Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası keçiriləcək. Belə bir tədbir ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. İclasda MDB ölkələrinin Baş Qərargah rəislərinin iştirakı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB