Bern şəhərində Novruz Bayramı qeyd edilib FOTOLAR

Bern şəhərində Novruz Bayramı qeyd edilib FOTOLAR

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyi və ARDNŞ-ın İsveçrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bern şəhərində Novruz Bayramı münasibətilə konsert-ziyafət keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan səfir Əkrəm Zeynallı xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz münasibətilə mərasimə toplaşanları təbrik edib, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan xalqına ünvanladığı təbrikinin mətnini qonaqların diqqətinə çatdıraraq, azərbaycançılıq məfkurəsi ətrafında onların daha sıx birləşəcəklərinə inamını ifadə edib.

Tədbir Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayeva, həmçinin Azərbaycan Dövlət Filarmoniyasının solisti Ehtiram Hüseynov və Kamilə Nəbiyevanın konsert proqramı və ziyafətlə davam etdirilib.

Bayram mərasimində İsveçrədə yaşayan və işləyən həmyerlilərimiz, eləcə də burada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə