Mirkazım Kazımov: “Kimin övladı olmasından asılı olmayaraq qanunu pozan hər bir şəxs öz cəzasını çəkməlidir”

Mirkazım Kazımov: “Kimin övladı olmasından asılı olmayaraq qanunu pozan hər bir şəxs öz cəzasını çəkməlidir”

"Kiminsə hüququ pozulursa, o dərhal hüquq mühafizə orqanlarına müraciət etməlidir". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov bəzi məmur övladlarının özbaşınalıqlarına münasibətini açıqlayarkən deyib.

"Kimin övladı olmasından asılı olmayaraq, qanunu pozan hər bir şəxs öz cəzasını çəkməlidir" - deyə, qeyd edən millət vəkili həmçinin bildirdi ki, müəyyən hadisələr də var ki, onu sırf məmur övladları ilə bağlamaq düzgün sayılmazdı: "Hadisə hər kəsin başına gələ bilər. Deyərdim ki, bəzi məmur övladlarının özbaşnalıqları həm də onların təcrübəsizliyindən, verilən tərbiyəni düzgün qavramadıqlarından irəli gələn məsələlərdir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə