KOICA prezidenti Abid Şərifovla gələcək əməkdaşlıq məsələlərini müzakirə edib

KOICA prezidenti Abid Şərifovla gələcək əməkdaşlıq məsələlərini müzakirə edib

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) prezidenti cənab Kim Young Mok 17-19 mart tarixləri ərzində Azərbaycanda üçgünlük səfərdədir. Martın 18-də Kim Koreyanın yeni hökumətinin RİY siyasəti və KOICA-nın yardım strategiyasını təqdim etmək, ikitərəfli əməkdaşlıq yollarını müzakirə etmək məqsədilə Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Abid Şərifovla görüşüb.

SİA-nın xəbərinə görə, Koreyanın yeni hökumətinin RİY siyasəti qlobal miqyasda xoşbəxtlik dövrünün yaradılmasına töhfə verməkdir. Koreya prezidentinin arzuladığı qrant növü isə resipiyent ölkələrin ehtiyaclarına uyğun gələn RİY-dir.

Energetika, su ehtiyatlarının inkişafı və idarə olunması, dövlət idarəetməsi (elektron hökumətin təşviqi), universitet potensialının artırılması kimi komponentlərə malik olan Ölkə üzrə Tərəfdaşlıq Strategiyasına (ÖTS) əsaslanaraq, Koreya hökuməti Koreyanın inkişafı təcrübəsi ilə Azərbaycanda qeyri-neft sektorunun strateji inkişafına dəstək verməyi planlaşdırır.

Baş Nazirin müavini Abid Şərifov son 20 il ərzində Azərbaycanın inkişafına mühüm töhfələr verən KOICA-ya bu dəstəyə təşəkkürünü bildirib.

O bildirib ki, Azərbaycan hələ xeyli işlər görməlidir. A. Şərifov həmçinin Kim Young Moka davamlı inkişaf əməkdaşlığı münasibətlərini qorumağı təklif edib.

KOICA prezidenti qeyd edib ki, Koreyanın inkişaf təcrübəsinin ən parlaq nümunələrindən biri insan bacarığını əyani şəkildə nümayiş etdirən, "Bacarmaq mümkündür" şüarına malik Saemaeul (Yeni Kənd) kampaniyasıdır. Bildirilib ki, KOICA indiyədək 400-dən çox azərbaycanlı dövlət rəsmisi və qulluqçusunu potensialın artırılması təlimlərinə dəvət edib, Koreyanın inkişaf təcrübəsi mübadiləsini və texnologiya transferini həyata keçirib, gələcəkdə də insan qaynaqlarının inkişafına töhfə vermək niyyətindədir.

Bundan başqa, cənab Kim Koreya şirkətlərinin Azərbaycana maraq göstərdiyini bildirərək Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə