Mübariz Əhmədoğlu: "S.Ohanyan ya savadsızdır, ya da hələ SSRİ-nin dağıldığı dövrün təsiri altındadır"

Mübariz Əhmədoğlu: "S.Ohanyan ya savadsızdır, ya da hələ SSRİ-nin dağıldığı dövrün təsiri altındadır"

"Ermənistanda Azərbaycanla bağlı verilən bəyanatların böyük əksəriyyəti hərbi vəziyyətlə bağlıdır. Bəyanatların əksəriyyətinin müəllifi Ermənistanın müdafiə naziri Seyran Ohanyandır". SİA-nın xəbərinə görə, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, S.Ohanyanın bəyanatları onu yalnız bir statusla-psixoloqla müqayisə etməyə imkan verir: "Zəlzələ olacaq və bu bizdən asılı deyil. Dağıntının və tələfatın miqdarı bəlli deyil. Hər halda hər şey dağılmayacaq, hamı ölməyəcək. Çalışın ölməyənlər qrupunda olasınız. S.Ohanyanın ən azı 4 bəyanatı və ya davranışı bunu deməyə əsas verir: "Birincisi, S.Ohanyan Ermənistan parlamentinin yığıncağında Azərbaycanın Ermənistanla sərhəddə hərbi texnika topladığını etiraf etdi. Amma bildirdi ki, bu Ermənistan üçün təhlükə yaratmır, sərhəd boyu bütün vəziyyətə Ermənistan nəzarət edir. S.Ohanyan sanki Azərbaycan müdafiə nazirliyinin əməkdaşıdır və Ermənistanla sərhəddə qoşun yığılmasının məqsədlərindən məlumatlıdır və Azərbaycan ordusunun Ermənistan hücum etməyəcəyini dəqiq bilir. Bu halda Azərbaycan ordusunun Ermənistanla sərhədə yaxınlaşmasının səbəbi anlaşılmır. Əlacsız S.Ohanyan əhalinin panikaya düşməsinə imkan verməməlidir.

İkincisi, Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın sərhəddə yaxın hərbi hissələrinin danışıqlarını dinləməsi məsələsini təkzib etmədi. Bu mövzuda Azərbaycan mətbuatında hay-küy qaldırılmışdı. Ermənistan Müdafiə Nazirliyi özünü elə göstərir ki, guya Azərbaycanın hərbi hissələrindəki vəziyyətdən tam xəbərdardır. Əgər ermənilər Azərbaycanın hərbi hissələrindəki vəziyyətdən xəbərdardırlarsa, o halda S.Ohanyanın davranışı Azərbaycan ordusunun hədsiz yüksək döyüş səviyyəsində olduğunu sübut edir: S.Ohanyan hərbi hissələrdə tez-tez qəfil yoxlamalar keçirir, ER Müdafiə Nazirliyində faktiki hər gün müşavirədir. Ermənistanın digər strukturlarda himayə axtarışı yenidən aktual gündəlikdədir. Ermənistan müdafiə nazirinin Azərbaycan ordusunun vəziyyəti barədə əldə etdiyi məxfi məlumatlar onun davranışında bu istiqamətdə aktivlik yaradıb.

Üçüncüsü, S.Ohanyan Mehrinin Azərbaycana veriləcəyini təkzib etdi. Erməni gəncləri ilə görüşdə ona bu mövzuda sual verilmişdi. Həmin ərəfədə Ermənistan hökuməti İran-Ermənistan dəmiryolunun tikintisini müzakirə edirdi və mümkün variant kimi Mehri dəmiryolunun açılması da müzakirə edilmişdi. Ermənistan hökumətinin bu müzakirəsi erməni gəncində Mehrinin Azərbaycana verilməsi assosiasiyasını yaratdı. S.Ohanyan Azərbaycan torpaqlarının işğalının təxminən 25-ci ilində erməni gəncinin təslimçilik psixologiyası ilə rastlaşır və bunu inkar etməyə çalışır.

Dördüncüsü, S.Ohanyan Ermənistanın "Noravank" strateji araşdırmalar mərkəzi üçün hazırladığı məruzə kifayət qədər diqqəti çəkir. S.Ohanyan ya savadsızdır, ya da hələ SSRİ-nin dağıldığı dövrün təsiri altındadır. Bu gün İran-Qərb, Rusiya-Türkiyə münasibətləri ötən əsrin 90-cı illərinin bəlli formullarına nisbətən xeyli dəyişib".

Politoloq qeyd edib ki, S.Ohanyan müdafiə naziri, realpolitik təmsilçisi qismində deyil, psixoloq qismində çıxış etməyə məcburdur: Dağlıq Qarabağ münaqişəsi regionu kifayət qədər seysmik aktiv zonadır. İstənilən anda zəlzələ baş verə bilər. S.Ohanyan kimi zəlzələ psixoloquna ehtiyac var.

Bütün xəbərlər Facebook səhifəmizdə