Eldəniz Quliyev: "Əli Əliyev şərəfsizdir"

Eldəniz Quliyev: "Əli Əliyev şərəfsizdir"

"Əvvəla onu deyim ki, mən Əli Əliyevə heç vaxt elçi göndərməmişəm. Yalan artıq Vətəndaş və İnkişaf Partiyasının ruhuna, Əli Əliyevin sifətinə hopub, onlar yalana yoluxublar. Əksinə, Əli Əliyev mənə zəng edib dedi ki, qələt eləmişəm, xahiş edirəm bağışla məni! İndi şər, böhtan atmaqla, guya ona elçi göndərib bağışlanmağımı istəmişəm deməklə, Əli Əliyev utanmır? O, şərəfsizdir". Bu fikirləri SİA-ya açıqlamasında "EL" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev bildirib.

Əli Əliyevin "Eldəniz Quliyev mənə elçi göndərmişdi" iddiasına münasibət bildirən E. Quliyev qeyd edib ki, o biyabırçı şəkildə dediyi yalanlardan xilas olmalı, yaşına və özünə hörmət qoymalıdır: "Əli Əliyev etdiyi zəngi danır, indi bu adama nə demək olar? Artıq onun dediklərinin yalan olduğu da sübut olundu. Onun mənə zəng etməyini, xahişini və telefonda mən qələt etmişəm deməyini açıb-ağartmaq istəmirdim. Amma məcbur oldum. Əli Əliyev kimi ləyaqət, şərəf hissindən məhrum olan ikinci bir şəxsiyyətsiz adam yoxdur. Bu adam o qədər həyasızdır ki, yanındakı ağzından süd iyi gələn uşaqları mənim üstümə it kimi hücum çəkdirir. O da, onun ətrafında mənə hücum çəkən onun tayı olanlar da bilsinlər ki, mənə dedikləri şər, böhtandır. Əgər məni təhqir etməsəydilər, mən də etməzdim".

Bütün xəbərlər Facebook səhifəmizdə