Əli Əliyev: “Eldəniz Quliyev ləyaqətsizdir”

Əli Əliyev: “Eldəniz Quliyev ləyaqətsizdir”

"Eldəniz Quliyevin mətbuata açıqlamasında ona zəng vurmağımla bağlı dediyi fikirlərdə onun kim olduğu aydın oldu". Bu fikirləri SİA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev "El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevə zəng edərək üzr istəməsi məsələsinə münasibətini açıqlayarkən bildirib.

"Mənim ona heç bir telefon zəngim olmayıb"- deyə, bildirən VİP sədri qarşı tərəfin böhtan atmasını ləyaqətsizlik kimi qiymətləndirib: "Əgər Eldəniz Quliyev özündə ləyaqət hiss edirsə, düzünü desin və yaxud sübuta yetirsin ki, ona zəng vurmuşam. Məhkəmə prsosesində bizim israrımız, məhkəmə müstəvisində onu cəzalandırmaq təşəbbüslərimiz davam edəcək. Bu da onun bütün dediklərinin yalan olduğunun təsdiqi sayılacaq".

Əli Əliyev Eldəniz Quliyevin ona bağışlanması üçün elçi göndərməsi faktına da münasibətini açıqlayıb: "Elçilərə gəlincə, biz ona vaxtını da, məkanını da demişik. Əgər bu adam sistemli olaraq yalan danışırsa, bizim onu nə tənbeh, nə də islah etmək niyyətimiz yoxdur".

Xatırladaq ki, VİP sədri məhkəmənin davam edəcəyini də qeyd edərək, qarşı tərəfin cəzasını alacağına əmin olduğunu bildirib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə