" "Freedom House" və "Human Rights Watch" kimi təşkilatlarının Azərbaycana qarşı münasibətləri qərəzlidir. Onlar Azərbaycana qarşı ikili standartlara yol verirlər və yalan hesabatlar hazırlayırlar". SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) Hüquq - mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov sözügedən təşkilatların hesabatını şərh edərkən deyib.
"Hesab edirəm ki, onlara qarşı münasibətləri dəyişmək lazımdır. İnanmıram ki, bu təşkilatlarla uğurlu əməkdaşlıq etmək mümkün olsun. Bu təşkilatlar Azərbaycandakı vəziyyəti qərəzli və yalan formada təqdim edirlər" – deyə, F. Ələsgərov fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB