“Aykakan-Jamanak” nəşri: “Ermənistan tərcüməyə 50 milyon dollar xərclədi”
"Ermənistan tərcüməyə 50 milyon dollar xərclədi". Bu haqda SİA Ermənistanın "Aykakan-Jamanak" nəşrinə istinadən xəbər verir. Məlumata əsasən, Ermənistan Gömrük İttifaqına üzvlüyə görə müvafiq sənədlərin tərcüməsinə 50 milyon dollar maddi vəsait xərcləyib. Erməni nəşri bildirir ki, Ermənistan Gömrük İttifaqına üzvlüyü qəbul edənə qədər, erməni-ingilis dili üzrə tərcümə işləri aparılırdı. Hazırda isə rəsmi İrəvan Gömrük İttifaqına üzvlüyə görə 2000-dən artıq səhifəli sənədləri rus dilindən erməni dilinə tərcümə etməlidir. Eyni zamanda, 17500 səhifənin isə erməni dilindən rus dilinə tərcümə olunması problemi ortaya çıxıb.
Qeyd edək ki, bu günlərdə Ermənistanda hökm sürən aclığa və Ermənistanın Gömrük ittifaqına üzvlüyünə qarşı kütləvi etiraz aksiyaları davam etməkdədir və erməni dövlətinin sadəcə tərcümələrə bu qədər vəsait xərcləməsi sadə xalqı hiddətləndirib.
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB