Bugünlərdə Milli Şuradan istefa verərək, radikal düşərgəni ittiham edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev birbaşa olmasa da dolayısı ilə nəyə görə bu qurumdan çıxmasına münasibətini bildirib. SİA-nın məlumatına görə, mətbuata açıqlamasında partiya sədri müxalifətin zəif olduğunu bildirib və problemlərin yaşandığını istisna etməyib: "Biz həqiqəti deməyi bacarmalıyıq. Reallıq budur ki, Azərbaycan müxalifətinin daxilində kifayət qədər ciddi problemlər var".
İstər Milli Şurada, istərsə də qeyri qurumlarda partiya rəhbərlərinin bir-birlərini qəbul etmədiklərini qeyd edən BAP sədri xüsusilə AXCP-yə eyham vuraraq, həmin təşkilat timsalında "güclülük prinsipi"nin müxalifəti parçaladığını deyib:"Görünən budur ki, müxalifətdə olan bəzi dostlarımız hələ tam demokrat olaraq yetişməyiblər. Ona görə də bir-birlərini ittiham edirlər. Məsələn, bir partiya hansısa təşkilatdan çıxıbsa, buna görə ittiham olunmamalıdır. Çünki bu həmin partiyanın hüququdur. Amma biz görürük ki, bir partiya hansısa birlikdən çıxıb gedən kimi başlayırlar onu söyməyə. Fikrimcə, bu bizlərin demokratik qüvvə kimi tam yetişməməyimizin səbəbindəndir. Mən çox səmimi deyim ki, Azərbaycan müxalifətinin içində çoxlu sayda insan var ki, demokratik dəyərləri əxz edə bilməyib. Bu belədir. Siyasəti də bir-birini gözdən salmaqda, "mən güclüyəm" deməkdə görürlər. Ancaq fakt odur ki, Azərbaycanda güclü müxalifət yoxdur. Situasiyanı dəyişmək gücündə olan müxalifət yoxdursa, deməli, güclü müxalifət yoxdur. Odur ki, heç kim deməsin ki, mən güclüyəm".
"Bu, Azərbaycan müxalifətinin çatışmazlığıdır. Ölkədə partiyalar zəifdir"-deyə qeyd edən Elşad Manafov həmçinin bildirib ki,zaman-zaman böyük səhvlər buraxılıb. Ancaq bütün hallarda vəziyyətdən çıxış yolu axtarıb tapmaq lazımdır. Partiyalar bir təşkilatda birləşə də, birləşməyə də bilər. Amma heç olmasa, bir-birlərinə qarşı söyüş-təhqir kampaniyasını, birinin digərini gözdən salması kimi halları dayandırmalıdır. Bundan sonra kim nə istəyir fikirləşsin".
Xatırladaq ki, BAP sədri Milli Şurada təmsil olunsa da qurumun iclaslarına qatılmır və düşərgədaxili vəziyyətdəki problemləri edirdi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB