Mütəllim Rəhimli: “AXCP rəhbərliyinin bu cür siyasi bəyanatları doğru deyil”

Mütəllim Rəhimli: “AXCP rəhbərliyinin bu cür siyasi bəyanatları doğru deyil”

"AXCP-nin qərərgahında baş vermiş partlayışdan sonra partiya rəhbərliyinin bunun hakimiyyət tərəfindən törəldilməsi ilə əlaqədar bəyanatlar verməsi təmamilə yanlışdır". Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının aparat rəhbəri Mütəllim Rəhimli söyləyib.

Partiya rəsmisi qeyd edib ki, hadisənin səbəbləri ilə bağlı işlər davam edir və hadisə araşdırılır: "Mətbuatdan da izləyirik ki, bu hadisə ilə bağlı işlər, araşdırma davam edir. Hadisənin hansı səbəbdən baş verməsi yaxın zamanlarda tam olaraq açıqlanacaq".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə