"Sumqayıt hadisələri: Tarixi yaddaş və tarixi məsuliyyət" mövzusunda dəyirmi masa keçirilib

"Sumqayıt hadisələri: Tarixi yaddaş və tarixi məsuliyyət" mövzusunda dəyirmi masa keçirilib

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Sumqayıt hadisələrinin 26-cı ildönümünə həsr edilən "Sumqayıt hadisələri: Tarixi yaddaş və tarixi məsuliyyət" mövzusunda dəyirmi masa keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə SAM direktoru Fərhad Məmmədov, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İbrahim Məmmədov, millət vəkilləri və digər qonaqlar işirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fərhad Məmmədov bildirib ki, bu hadisə tarixdə böyük fəlakətlərə gətirib çıxarıb. O, həmçinin, qeyd edib ki, Sumqayıt hadisələri həm də SSRİ miqyasında yeni bir prosesin baçlanğıcı oldu.

Daha sonra tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İbrahim Məmmədov və millət vəkilləri çıxış edərək bu hadisələrlə bağlı fikirlərini bölüşdülər.

Qeyd edək ki, tədbirdə həmçinin, İbrahim Məmmədovun Azərbaycana qarşı Sumqayıt Təxribatı "Qriqoryanın işi" adlı kitabının da təqdimatı keçirilib.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə