"Ukraynadakı hadisələrin Azərbaycanda baş verməsi mümkün olan şey deyil. Bi iddianı səsləndirənlər, xüsusilə, Cəmil Həsənli bilməlidir ki, Ukraynada ona görə o hadisələr baş verdi ki, orada hakimiyyət zəif idi". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Astan Şahverdiyev bildirib.
Cəmil Həsənlinin "Ukraynadan sonra növbə Azərbaycandadır" iddiasına münasibət bildirən millət vəkili qeyd edib ki, Ukraynada hakimiyyət boşluğu var idi: "Əgər hakimiyyətdə boşluq, zəiflik varsa, təbii ki, o hadisələr baş verməli idi. Amma Azərbaycanda çox güclü, oturuşmuş, xalqın iradəsinə əsaslanan hakimiyyət mövcuddur. Ona görə əmin olsunlar ki, burda heç bir o cür olaylar baş verməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB