Niyaməddin Orduxanlı: “Meydan" TV birmənalı olaraq insanları təhqir etməklə məşğuldur”
"Bu məsələ daha çox "Meydan" TV-nin yaydığı bir şouya oxşayır". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən "Meydan" TV-nin şüşəsinin sındırılmasında Emin Millinin heç bir dəlil-sübut olmadan "günahı" Azərbaycan hakimiyyətində axtarmasına münasibətini bildirərkən deyib.
"Emin Milli və onun ətrafı bu vasitələrlə özlərini yaxşı reklam etmək niyyətindədirlər" - deyə qeyd edən BAXCP sədrinin müavini onların bütün hallarda fəaliyətlərini qabardaraq ictimailəşdirmək niyyəti güddüklərini deyib: "Almaniyada kiminsə şüşə qırması, hər hansı bir səs-küy etməsi kimə lazımdır? Bu, ancaq özlərinin qurduğu şoudur və özünü reklamdan başqa bir şey deyil. Sözügedən televizya birmənalı olaraq insanları təhqir etməklə məşğuldur".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB