Tural Abbaslı: "AXCP-də hələ də Gənclər Komitəsinin rəhbərini partiya sədri təyin edir"

Tural Abbaslı: "AXCP-də hələ də Gənclər Komitəsinin rəhbərini partiya sədri təyin edir"

"Müsavat Partiyası elə bir partiyadır ki, bütün seçkili orqanlara şəxslər yalnız seçki yolu ilə seçilir". SİA-nın məlumatına görə, bu fikirləri Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı AXCP-də Gənclər Komitəsinin və digər strukturların partiya sədri tərəfindən təyin olunmasına münasibətini bildirərkən deyib.

Müsavat rəsmisi qeyd edib ki, onun təmsil olunduğu partiyada bu proses açıq deyil, gizli səsvermə ilə həyata keçirilir: "İstər Müsavatın Gənclər Təşkilatının sədri, istərsə də rayon təşkilatlarının sədrləri təyinatla deyil, yalnız səsvermə yolu ilə müəyyən edilir. AXCP-də isə hələ də Gənclər Komitəsinin rəhbərini partiya sədri təyin edir. Təbii ki, bu, heç də demokratik addım sayıla bilməz".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə