Elman Abdullayev: “Bundan xüsusilə Ermənistan dərs götürməlidir” AÇIQLAMA
"Bu, beynəlxalq aləmə göstəriləsi çox gözəl nümunədir. Həmin görüş bir daha onu göstərir ki, regionlarda da beynəlxalq səviyyəli tədbirlər keçirmək mümkündür". Bunu SİA-ya Azərbaycan xarici işlər nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev fevralın 19-da Gəncə şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər Nazirlərinin üçlük formatında keçirilən görüşünün əhəmiyyətindən danışarkən deyib.
"Mən Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər Nazirlərinin üçlük formatında keçirilən görüşünün əhəmiyyətini iki hissəyə ayırardım. Bildiyiniz ki, üçlük formatında görüş artıq iki ildir ki, həyata keçirilir. Bu üç ölkənin keçmişə əsaslanan tarixi əlaqələri vardır. Bu format çərçivəsində keçirilən görüş olduqca mühüm əhəmiyyət daşıyır. Həmin görüşdə gələcəkdə görüləcək işlər və görülməsi planlaşdırılan prespektivlər müzakirə olunur və diqqət mərkəzində saxlanılır. Hətta bu kimi mövzuların sayı (enerji, nəqliyyat, mədəniyyət və s.) kifayət qədər çoxdur. Məhz "Gəncə Bəyannaməsi"ndə də bu məsələlər hamısı öz əksini tapıb. Birmənalı olaraq onu qeyd etmək istəyirəm ki, bu, olduqca prespektivli və vacib bir formatdır. Təbii ki, bundan bir çox ölkələr, xüsusilə işğalı ölkə Ermənistan dərs götürməlidir. Ermənistanın regional əməkdaşlıqdan kənarda qalması və ondan faydala bilməməsinin başlıca səbəbi də məhz rəsmi İrəvanın özü və onun rəhbərliyidir. İşğalçı ölkə rəhbərliyi dərk etməlidir ki, regionda ya bu ölkələrlə əməkdaşlıq edib inkişafa yönəlməlidir, ya da ki əksinə əməkdaşlıq etməyib, səfalətə sürüklənəcək. Ermənistan bu gün əks istiqaməti seçib. Biz istəyirik ki, bizim qazandığımız qədər digər ölkələrdə bundan faydalansın" – deyə, Elman Abdullayev sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB