Sərdar Cəlaloğlu: “Azadlıq” radiosu birbaşa Əli Kərimli ilə əlaqəli işləyir” İTTİHAM
"Xədicə İsmayılova faktiki olaraq AXCP-nin xüsusilə də Əli Kərimlinin maraqlarını müdafiə edir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılın "casus siyahısı" hazırlamasında AXCP sədri Əli Kərimlidən təlimatlar almasın mətbuatda yayılan iddialara münasibətini bildirərkən deyib.
Sərdar Cəlaloğlu hesab edir ki, əslində "Azadlıq" radiosunda Əli Kərimlinin maraqlarını təmin edən tərəf yalnız Xədicə İsmayıl deyil: "Azadlıq" radiosunun əməkdaşlarının əksəriyyəti Əli Kərimlinin mövqeyindən çıxış edirlər. Onlar birbaşa AXCP ilə əlaqəli işləyirlər".
"Xədicə İsmayılova hər zaman ölkədə gedən ictimai-siyasi proseslərdə açıq-aşkar şəkildə və birmənalı olaraq Əli Kərimlinin maraqlarını müdafiə etdiyini göstərib" - deyə bildirən ADP sədri onu da qeyd edib ki, məlum siyahı Ə.Kərimlinin siyasi məqsədləri istiqamətində hazırlanıb: " Hesab edirəm ki, onun hazırladığı siyahı daha ciddi siyasi məqsədlərə xidmət edir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB