Təbrizdəki baş konsulumuz vali ilə görüşüb

Təbrizdəki baş konsulumuz vali ilə görüşüb

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadətlə görüşüb, yeni valini təyinatı münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan-İran əlaqələrinin inkişafında Qərbi Azərbaycan vilayətinin də önəmli rolundan söhbət açılıb, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Qərbi Azərbaycan Vilayəti arasında mövcud olan səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Görüşdə həmçinin, Qərbi Azərbaycan vilayəti ilə əlaqələrin daha da inkişafı, görüşlərin vaxtaşırı təşkili, müştərək iqtisadi, mədəni, elmi layihələrin həyata keçirilməsinin davam etdirilməsi, kənd təsərrüfatı sahəsində mövcud olan əməkdaşlıqların artırılması və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. Qərbi Azərbaycan Vilayətinə səfəri müddəti baş konsul həmçinin İranın ali rəhbərinin Qərbi Azərbaycan vilayəti üzrə nümayəndəsi, Urmiyə imam cüməsi Seyid Mehdi Qureyşi, İran Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycan Vilayəti üzrə Nümayəndəliyinin rəhbəri Məhəmməd İbrahimi, Qərbi Azərbaycan Vilayətinin Ədliyyə Təşkilatının baş direktoru Təvəkkül Heydəri ilə də görüşlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə