"Əgər İsa Qəmbərin, Əli Kərimlinin pulu yoxdursa, onların övladları Kiprdə, Avropada çox yüksək təhsil haqqı ödəməklə necə oxuyur? Əli Kərimlinin Londonda oxuyan oğlunun təhsil haqqı bir alimin 20 illik maaşı qədərdir. İsa Qəmbər Kiprdə oxuyan oğlu üçün ildə 70 min dollar pul ödəyirdi. Hardan gətirirlər bu pulları, bəs deyirlər pulumuz yoxdur?". Müxalifət partiya sədrlərinin müxtəlif daxili və xarici mənbələrdən maliyyələşdiyini deyən "EL" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov bu fikirləri SİA-ya açıqlamasında bildirib.
O qeyd edib ki, bu adamların çox komfortlu həyatı var: "Villaları, bahalı maşınları, mühafizəçiləri, biznes sahələri və s. Onlar məmurları qınayırlar ki, məmurlar övladlarını xaricdə oxutdurur. Bəs niyə özləri də övladlarını xaricə göndərib məmur övladının oxuduğu təhsil müəssisəsindən də daha bahalı bir yerdə oxutdurur? Təbii ki, bütün bunlar böyük maliyyə tələb edir. Üzvlük haqqı ilə bu boyda iş görmək olar? Yox. Onlar öz maraqlarını naminə hər şeyə hazırdılar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB