Arzu Rəhimov: "Bizim qarşımızda çox ciddi tapşırıqlar durur" YENİLƏNİB-FOTOLAR
Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) yaranmasının 2-ci ildönümü ilə bağlı xidmətin Mərkəzi Qərargahında tədbir keçirilib. SİA-nın məlumatına görə, SHÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov mərasimi giriş nitqi ilə açaraq deyib ki, dünyada nüfuz sahibinə çevrilən Azərbaycan öz inkişaf tempi ilə 2013-cü ildə də ciddi nailiyyətlər əldə edib, strateji prioritetlərin reallaşdırılması istiqamətində mühüm addımlar atıb.
Diqqətə çatdırılıb ki, ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artması hərtərəfli inkişafı təmin etməklə yanaşı, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə də əhəmiyyətli təkan verir: "Son on ildə Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində Azərbaycanın hərbi potensialı dəfələrlə artıb, silahlı qüvvələrimiz döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer alıb. Ötən müddət ərzində ordu quruculuğu prosesinin təkmilləşdirilməsi Azərbaycanda çağırış və səfərbərlik resurslarını tənzimləyən mexanizmin yaradılması ilə də ortaya qoyulub. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə ölkə Prezidentinin 13 fevral 2012-ci il tarixli fərmanı ilə müvafiq sahədə idaəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilib, onların əsasında SHÇDX yaradılıb".
Vurğulanıb ki, müharibə şəraitində olan ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili Xidmətinin üzərinə əlavə məsuliyyətlər qoyur: "Dövlətin silahlı hücumdan müdafiəsinin təmin edilməsi və müharibə dövründə dövlətin tələbatının və əhalinin ehtiyyaclarının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların hazırlanması, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericilikdə nəzərdə tutulan digər silahlı birləşmələrin hazırlığı qarşımızda duran mühüm vəzifələrdəndir".
A. Rəhimov xüsusi olaraq korrupsiya məsələsinə də toxunaraq deyib ki, son illərdə Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılması və bu istiqamətdə dövlət siyasəti SHÇDX qarşısında da təxirəsalınmaz tədbirlər görülməsi zərurətini ortaya qoyub: "Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, bu xoşagəlməz halların aradan qaldırılması üçün güclü siyasi iradə var, amma korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumxalq işi olmalı, ictimaiyyət də bu işlərə fəal qoşulmalıdır. SHÇDX tərəfindən il ərzində korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində müvafiq tədbirlər görülüb, daxil olmuş məlumatlar əsasında müvafiq araşdırmalar aparılıb, qanunvericiliyin tələblərini pozan vəzifəli şəxslər barəsində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi məqsədilə AR Hərbi Prokurorluğuna göndərilib".
Tədbirin sonunda xidmətdə fərqlənən əməkdaşlar mükafatlandırılıblar.
Qeyd edək ki, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) yaranmasının 2-ci ildönümü münasibətilə SHÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov başda olmaqla, xidmət əməkdaşları Fəxri Xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Daha sonra qurum işçiləri Şəhidlər xiyabanını ziyarət ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB