Fuad Əliyev: “Milli Şurada gedən hər bir prosesin arxasında məhz AXCP sədri Əli Kərimli amili dayanıb” İTTİHAM

Fuad Əliyev: “Milli Şurada gedən hər bir prosesin arxasında məhz AXCP sədri Əli Kərimli amili dayanıb” İTTİHAM
Azərbaycan Liberal Demokratik Partiyasının (ALDP) sədri Fuad Əliyevin fikrincə, əgər Milli Şura təmsilçiləri zəifliklərini etiraf edirlərsə, onda bu qurum haqqında əlavə nəyisə şərh etməyə ehtiyac qalmır. SİA-nın məlumatına görə, məsələ ilə bağlı rusdilli day.az-a saytına münasibətini açıqlayan ALDP sədri bildirib ki, hazırda Milli Şurada gedən hər bir prosesin arxasında məhz AXCP sədri Əli Kərimli amili dayanıb: "Orada müəyyənləşdirilmiş oyunlar gedir və bu oyunları idarə edən AXCP sədri Əli Kərimlidir. O, vaxtilə Milli Şuraya donorluq edən təşkilatlara sübut etmək istəyir ki, qurumun reanimasiya olunmasında maraqlıdır. Onun merkantil maraqları müxalifətin ümumi maraqlarını, hətta öz partiyasının maraqlarını üstələyir".

"İnanmıram ki, sağlam düşüncəyə sahib olan hər hansı bir donor ikinci dəfə Milli Şuraya yardım etsin və reanimasiyasında maraqlı olsun"-deyə qeyd edən Fuad Əliyev onu da bildirib ki, Milli Şuradan fərqli olaraq, orada təmsil olunmayan digr müxalifət partiyaları işlə məşğuldurlar: "ALDP hazırda bir neçə siyasi təşkilatla yeni siyasi blokun yaradılması istiqamətində iş aparır. Biz işləyirik və düünürəm ki, hazırkı situasiyada işləməyin mümkünsüzlüyü haqqında deyilənlər həqiqətəuyğun deyil".

Fuad Əliyevin fikrincə, əgər Milli Şurada təmsil olunan partiyalar siyasi arenada qalmaq istəyirlərsə, onlar kiminlə və necə işləyəcəkləri haqda düşünməlidirlər: "Yox, əgər bu barədə düşünmək istəmirlərsə, onda indidən özlərini arxivdə görməyə başlasınlar. Əli Kərimli Milli Şurada vahid liderə çevrilib və keçmiş sponsorlarına sübut etmək istəyir ki, qurum nəyəsə qadirdir. Bu kimi iddia isə yalnız bir məqsədi güdür. Yeni gəlirlər əldə etmək və yenə də heç nə ilə məşğul olmamaq".

Qeyd edək ki, bir müddət öncə Milli Şurada təmsil olunan Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbaba Əzimov da qeyd etmişdi ki, adıçəkilən qurumda qalan o insanlardır ki, onların fəaliyyəti ümumiyyətlə görünmür.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня