Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) çağırışçıların daşınması məqsədilə 30 ədəd yeni sərnişin avtobusu alıb. SİA-nın məlumatına görə, bu gün SHÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimovun iştirakı ilə SHÇDX-nin "Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi" MMC-nin Sabunçu rayon Filialında həmin avtobuslara baxış keçirilib. Bildirilib ki, hər birində 28 yerlik olan "OTOKAR" TEMPO markalı bu sərnişin avtobusları şəhərdaxili və şəhərlərarası daşınmalarda istifadə oluna bilər. Avtobuslar kondiosioner və audio-radio sistemi ilə təchiz olunub.
Arzu Rəhimov bildirib ki, yeni texnikalar çağırışçıların rahat şəkildə daşınması və hərbi hissələrə çatdırılmasına imkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB