Mustafa Hacıbəyli: “AXCP-nin Müsavata qarşı çirkin təbliğatı davam edir”
"Mən bundan öncə də demişəm və indi də təkrarlayıram ki, AXCP Müsavat Partiyasına qarşı çirkin təbliğat kampaniyası aparır və bu gün də bu kampaniya davam edir. Fuad Qəhrəmanlının yenidən Müsavat Partiyası haqqında dedikləri bu kompaniyanın tərkib hissəsidir". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli AXCP sədrinin müavini Fuad Qəhrəmanlının "Müsavat Milli Şuranı parçalamaq üçün bu qurumdan çıxdı" fikrinə münasibət bildirərkən söyləyib.
Mustafa Hacıbəyli AXCP-ni ikiüzlülükdə təqsirləndirərək, qeyd edib ki, bu partiya seçki ərəfəsində yenidən Müsavatla müttəfiqlik etmək niyyətində olacaq: "Əmin olun ki, onlar seçki ərəfəsində yenidən Müsavat Partiyasına müttəfiqlik təklifində bulunacaqlar. AXCP hər zaman bu cür çirkin addımlar atıb. Əvvəl Müsavata qarşı xoşagəlməz kompaniya aparırlar və daha sonra seçkilər yaxınlaşanda özlərini mələk cildinə salırlar".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB