Prezident İlham Əliyev "VТB" Bankının prezidenti Andrey Kostini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələrin uğurla həyata keçirildiyi vurğulanıb, Azərbaycanın müvafiq qurumları ilə "VTB" Bankı arasında əməkdaşlığın bu əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB