Namiq Axundov: “Korrupsiya ilə mübarizəni aidiyyatı olan bütün dövlət qurumları aparmalıdır”
"Korrupsiya ilə mübarizəni aidiyyatı olan bütün dövlət qurumları aparmalıdır. Təbii ki, bir qədər tələbkarlıq artsa, bu cəmiyyətə də öz müsət töhfəsini verəcək". Bu fikirləri SİA-ya Korrupsiyaya qarşı Mübarizə Fondunun prezidenti Namiq Axundov Prezident İlham Əliyevin fevralın 5-də keçirilən konfransdakı çıxışında korrupsiya ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
Namiq Axundov onu da qeyd edib ki, bu istiqamətdə dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlatı da fəaliyyət istiqamətlərini müəyyənləşdirməli, korrupsiya ilə mübarizədə öz təkliflərini verməlidirlər: "Hesab edirəm ki, vətəndaş cəmiyyətinin tərkib hissəsi olan QHT və İctimai Birliklər də öz növbələrində dövlətin bu istiqamətdə apardığı siyasətə dəstəklərini nümayiş etdirməlidirlər".
"Korrupsiyaya qarşı Mübarizə Fondunun da sözügedən istiqamətdə müəyyən təklif və layihələri var" - deyə qeyd edən Namiq Axundov bildirib ki, yaxın günlərdə həmin fəaliyyət istiqamətlərini media vasitəsilə ictimaiyyətin diqqətinə çatdıracaqlar: "Yaxın günlərdə korrupsiyaya qarşı mübarizə üsullarının effektivliyi üçün fondumuz tərəfindən müvafiq işlər aparılacaq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə