İrakli Qaribaşvili: “Gürcüstanın yeni hakimiyyəti Rusiya ilə münasibətləri yoluna qoymaqda maraqlıdır”
"Gürcüstanın yeni hakimiyyəti Rusiya ilə münasibətləri yoluna qoymaqda maraqlıdır". SİA-nın məlumatıa görə, bu sözləri Gürcüstanın baş naziri İrakliy Qaribaşvili "France24" kanalına müsahibəsində Gürcüstan ilə Rusiya arasındakı münasibətləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, 2012-ci ildən etibarən Gürcüstanın yeni hakimiyyəti Rusiya ilə münasibətləri yoluna qoymaq üçün səy göstərməkdədir: "Rusiya gürcü məhsulu üçün öz bazarını açsa da, son bir il ərzində Cənubi Osetiya və Abxaziyada problemlər səngimir. Rusiya sərhəd boyu uzanan öz tikanlı məftillərini bu gün də saxlamaqdadır və süni maneələrlə gürcü əhalisinə problemlər yaşadılmaqdadır. Bu isə çox böyük çətinliklər yaradır. Biz münasibətlərin yaxşılaşdırılması istiqamətində bir neçə nailiyyətlər əldə etmişik. Gürcüstanın konstruktiv addımları siyasi tərəfdən maneə yaratmayacaq, lakin yeni hakimiyyət Rusiyaya qarşı olduqca konstruktiv mövqedədir".
Baş nazirin sözlərinə görə, Gürcüstan hakimiyyəti Rusiya liderləri tərəfindən müəyyən müsbət bəyanatların və siqnalların fərqindədirlər: "Eyni zamanda qeyd edim ki, Gürcüstanın konstruktiv addımları Rusiyanın işğal olunmuş torpaqların sərhəddində hərəkətlərinə ziddir. Düşünürəm ki, Rusiya-Gürcüstan münasibətlərinin stabilləşməsi üçün problemlər var. O da işğal olunmuş torpaqların problemidir. Biz bu problemin həll edilməsi üçün səy göstərməliyik. Əlbəttə Gürcüstan Avropa İttifaqı və ABŞ ilə münasibətlərin inkişaf etdirilməsinə böyük üstünlük verir və Aİ-nın bu prosesdə böyük roluna inanıram".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB