Mais Səfərli: “Milli Şura məqsədinə çata bilmədi”

Mais Səfərli: “Milli Şura məqsədinə çata bilmədi”

"Milli Şura yaranadığı gündən etibarən qarşısına qoyduğu heç bir vəzifəni yerinə yetirə bilmədi və istəklərini reallaşdırmağı bacarmadı. Bu qurumun fəlakətə sürüklənəcəyi zatən öncədən bəlli idi". Bu fikirləri SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli son bir neçə gün ərzində Milli Şuradan istefaların davam etməsinə münasibət bildirərkən söyləyib.

Mais Səfərli qeyd edib ki, bu sonuncu istefa olmayacaq: "Bu qurumdan hələ çox istefalar olacaq. Qurum onsuzda dağılmış vəziyyətdədir. Düşdükləri rəzil vəziyyət davam edir".

Xatırladaq ki, artıq bir neçə gündür ki, Milli Şura üzvlərinin bu qurumdan istefaları sürətlə davam edir.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə