Asim Mollazadə: “Danışıqlar prosesinin əsas məqsədi Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasıdır”
"Hal-hazırda danışıqlar davam edir". Bu fikirləri SİA-ya açqlamasında millət vəkili Asim Mollazdə ermənilərin gündəmə gətirdiyi Qafan və Mehri rayonlarnın Dağlıq Qarabağın 4 rayonu müqabilində dəyişdirilməsi ehtimallarına münasibət bildirərkən dedi.
Onun sözlərinə görə, BMT-nin qətnamələri icra olunmalıdır: "Danışıqlar prosesinin əsas məqsədi Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasıdır. Bunun hansı yollarla, necə şərtlər əsasında reallaşmasını isə danışıqlar prosesi özü göstərəcək. Bu gün Azərbaycan üçün prioritet məsələ ermənilər tərəfindən işğal olunmuş ərazilərimizin nəyin bahasına olursa-olsun geri qaytarılmasıdır. Ermənilərin bu kimi ehtimalları isə sadəcə boş ehtimallardır".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB