Bu gün Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi" Gənclik Sosial İnkişaf Proqramı (Gənclər Evi) layihəsinin rəsmi internet saytı və "Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı" İctimai Birliyinin, Gənclər Evi ilə birgə həyata keçirdiyi "Disant təlim: "paytaxtdan regionlara" adlı layihəsinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə "Gənclər Evi"nin rəhbəri Elşad Abdullayev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Koreyanın keçmiş təhsil nazirinin müavini professor Kyung – Hwoi Kim, Hally Universitetinin professoru Soojung Jang, "SK Telecom"-un heyət üzvləri və rəhbərləri, gənclər təşkilatlarının nümayəndələri və s. iştirak edirdi.
Mərasimi giriş nitqi ilə açan "Gənclər Evi"nin rəhbəri Elşad Abdullayev bildirib ki, "Gənclər Evi" gənclərin iş həyatına hazırlığı, rəqabət əsaslı iqtisadi sistemdə peşə və sənət sahibi olmaları, təlim və tədris imkanlarından istifadə edərək peşəkar vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən layihənin əsas məqsədi məşğulluq problemlərinin həllinə yardım etməkdir.
O, "Disant təlim: "paytaxtdan regionlara" adlı layihə haqqında da danışaraq vurğulayıb ki, bu layihənin əsas məqsədi gənclərin sosial inkişafını dəstəkləmək, onların respublikamızın inkişaf prosesində iştirakını təşviq etmək, real aləmdə kurslara gedə bilməyən regionlardakı gənclərin paytaxtdakı kurslardan virtual aləmdə faydalanmalarını təmin edərək, "paytaxt-region" uçurumunu azaltmaqdan ibarətdir.
E.Abdullayev həmçinin Azərbaycanda tətbiq olunacaq və "Gənclər Evi"nin pilot seçildiyi, "Smart Class" sistemi barədə məlumat verib. Vurğulanıb ki, Koreyanın ən iri şirkəti və dünyaca məşhur olan "SK Telecom"-dur.
Daha sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək qeyd edib ki, nazirlik gənclər təşkilatlarının bu kimi təşəbbüsünə dəstək verib: "Ötən müddət ərzində müxtəlif sahələrdə - dil bilicisi, idarəetmə, lider qabiliyyəti və s. kimi təşkilatların yaradılması mövzusunda təlimlər təşkil olundu. "Disant təlim" bu gün dünyada məşhur olan sistemdir. İnanıram ki, "Gənclər Evi" Cənubi Koreyadan olan partnyorlarla birgə bu layihəni uğurla həyata keçirəcək. Biz gənclər siyasəti sahəsində C.Koreyadan olan əməkdaşlarımızla çox sıx əməkdaşlıq edirik. Artıq bizim bir neçə ildir ki, C.Koreyada Gənclər Mübadiləsi Proqramı var. Hər il yay tətili zamanı Azərbaycanlı tələbələr bu ölkəyə səfər edirlər və qarşılıqlı olaraq onların tələbələri ölkəmizə gəlirlər".
Daha sonra "Disant təlim: "paytaxtdan regionlara" adlı layihənin rəhbəri Arif Rəfili, Koreyanın keçmiş Təhsil nazirinin müavini professor Kyung – Hwoi Kim çıxış edərək layihə haqqında fikirlərini bölüşüblər.
Sonra "Gənclər Evi" ilə "SK Telecom" arasında ikitərəfli əməkdaşlığa dair müqavilə imzalanıb.
Tədbirin sonunda isə "Gənclər Evi" tərəfindən bir qrup KİV, media nümayəndələri "Gənclər Evinin Dostu" Fəxri Fərmanına layiq görülüblər. Mükafata layiq görülənlər arasında SƏS Media Qrupunun əməkdaşı da olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB