Fərhad Qəribov: “Prezident bəzi məmurların dərsini verəcək”

Fərhad Qəribov: “Prezident bəzi məmurların dərsini verəcək”
"Bəzi məmurlar var ki, yerində deyillər. Onların da dərsini Cənab Prezident verəcək. Həmin məmurlar öz hərəkətləri ilə ölkəmizdə aparılan bütün müsbət işlərə xələl gətirirlər".Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fərhad Qəribov bildirib.

Dünən Dövlət başçısının keçirdiyi konfransda məmurlara verdiyi tapşırıqların mahiyyətini şərh edən millət vəkili Fərhad Qəribov qeyd edib ki, Azərbaycanda Cənab Prezidentin rəhbərliyi altında dünyada analoqu olmayan iqtisadi-sosial, infrastruktur layihələr reallaşdırılıb: "Ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olunub. Elə bir sahə yoxdur ki, Cənab Prezidentin nəzərindən yayınsın və onun həmin sahəyə xüsusi qayğısı olmasın. Lakin bəzi məmurlar var ki, adlarına layiq olmayan addımları ilə inkişafımıza, ölkəmizdə məmur-vətəndaş dostluğuna zərbə vururlar. Onlar da öz cəzalarını alacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə