Mübariz Əhmədoğlu: "Son dövrlər hərbi insidentlərin yaranmasına səbəb Sarkisyandır"

Mübariz Əhmədoğlu: "Son dövrlər hərbi insidentlərin yaranmasına səbəb Sarkisyandır"

"Azərbaycanla Ermənistan arasında hərbi gərginliyin əsas məqsədini ATƏT-in Minsk qupunun həmsədrləri bilmir və başa da düşmək istəmir". SİA-nın məlumatına görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu ötən ayın yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, son dövrdə insidentlərin yaranmasının başında Ermənistanın prezidenti Sarkisyan dayanır: "ATƏT-in Minsk qrupu bu istiqamətdə qüsurlu fəaliyyəti ilə yadda qalıb. Onlar bir neçə illər bundan əvvəl atəşkəs pozulan zaman istifadə etdiyi sözlərdən bu gün də istifadə edirlər. Həmsədrlər məsələnin mahiyyətini başa düşmək qabiliyyətində deyillər. Ermənistan da bundan istifadə edir. Ona görə ki, bu insident onun üçün çox faydalıdır. İnsident Ermənistanda zabitin ölməsi ilə başladı. Bu da Sarkisyanın öz sifarişi idi. Sarkisyan onu öldürməklə həm dünya ictimaiyyətini özünə cəlb etməyi, həm də ölkədə mitinq edən müxalifəti susdurmağı bacardı. Bu hadisədən sonra Ermənistanın başı buna qarışdı, digər məsələlər yaddan çıxdı".

M.Əhmədoğlu əlavə edib ki, əsas problemlərdən biri Azərbaycanla Ermənistan arasında hərbi güc fərqinin böyüməsidir: "Ermənistan bu və digər parametrlər üzrə bundan sonra da Azərbaycandan geri qalacaq. Ermənistanın potensialı heç vaxt Azərbaycanın imkanlarına çata bilməz. Bu nöqteyi-nəzərdən Ermənistanda belə hesab edirlər ki, Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyat aparmaq şansı məhz indidir və gələcəkdə bu şans olmayacaq. Rusiyanın Soçi olimpiadasına görə təhlükəsizlik məsələlərinə hiperreaksiyasını nəzərə alan Ermənistan hərbi vəziyyəti gərginləşdirməklə Rusiya-Azərbaycan qarşıdurması yaratmağa cəhd edir".

Bütün xəbərlər Facebook səhifəmizdə