"Ukraynadakı Maydan probleminin həll edilməsində kiminsə müdaxilə etməsi vacibdir". Bu haqda SİA-ya eksklüziv açıqlamasında Latviya Seyminin deputatı Nokolay Sokol bildirib.
Onun sözlərinə görə, Ukrayna məsələsinə kimsə mütləq sürətdə müdaxilə etməlidir: "Lakin bu müdaxilə sülh yaratmaq məqsədi daşımalıdır".
Deputatın sözlərinə görə, ABŞ-ın bu məsələyə müdaxiləsi arzuedilməzdir: "Düşünürəm ki, ABŞ öz problemlərini həll etməlidir. Amerikanın dövlət borcu aşıb-daşır. Lakin onlar bunun qarşısını almaq əvəzinə, aidiyyatı olmayan işlərə müdaxilə etməyə davam edirlər. Hesab edirəm ki, ABŞ əvvəlcə öz problemlərini həll etməlidir. Daha sonra məsləhət verməklə məşğul olar...".
Xatırladaq ki, NATO-nun baş katibi Andres Foq Rasmussen və ABŞ-ın dövlət katibi Con Kerri Ukraynaya müdaxilənin vacibliyi barədə fikir irəli sürüblər.
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB