Ermənistanın "Daşnaksutyun" Gənclər Təşkilatı" ölkənin Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası təşkil ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinə qarşı təşkil olunan aksiyanın səbəbi onların Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ikilistandart göstərmələridir.
Aksiya iştirakçıları əllərində "Riyakarlığa yox!", "İkilistandartlara yox!" yazılan şüarlarla çıxış ediblər. Etirazçılar vasitəçilər hər iki tərəfə eyni cür yanaşmır, günahkarı olduğu kimi göstərmirlər.
Qeyd edək ki, hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan XİN başçısı ilə görüşürlər. Onlar Bakıda Prezident İlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarovla görüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB