Politoloq: “Məsələnin konstruktiv məcraya yönəlməyə qoymayan tərəf elə məhz Rusiyadır” MÜNASİBƏT
"ATƏT-in Minsk qrupunun regiona səfərinin əsas səbəbi həm atəşkəs rejiminə əməl edilməsinə nail olmaq, həm də bu ay Fransada baş tutması gözlənilən prezidentlərin görüşünü təşkil etməkdən ibarətdir". Bu sözləri SİA-ya politoloq Qabil Hüseynli həmsədrlərin regiona səfəri ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, əgər həqiqətən də atəşkəs rejimi qaydaya salınarsa, o cümlədən də prezidentlərin görüşməsi üçün müzakirə ediləcək məsələ stol üzərinə qoyularsa, güman edirəm ki, o zaman proses yeni qol ala bilər: "Amma indidən nikbin söz söyləmək olmaz. Çünki, onlar İrəvana sonra Xankəndinə getməlidirlər. Regiona səfər yekunlaşdıqdan sonra məsələ məlum olacaq. Hələ ki, məsələ mürəkkəb olaraq qalır. Ona görə ki, bilirsiniz ki, həmsədrlərin səfərlərindən qabaq xarici işlər nazirlərinin görüşü keçirildi. Lakin görüş zamanı heç bir nəticə əldə oluna bilmədi. Əgər bu görüş zamanı hansısa nəticə əldə olunsa idi o zaman prezidentlərin görüşü daha asan baş tutardı".
Politoloq vurğulayıb ki, son dövrlər iri dövlətlər xüsusilə də Amerika status-kvo vəziyyətini dəyişdirmək üçün əvvəlkinə nisbətən daha iradəli cəhdlər etməyə çalışır: "Amerika tərəflər arasında ortaq yollar axtarmağa çalışır. Həmçinin İsveçrə özünün milli praktikasına əsaslanaraq, Qarabağ problemlinin həlli vasitəsində öz variantlarını irəli sürmək istəyir. Minsk Qrupunun digər üzvü olan Fransa Ermənistana meyl etsə də, son dövrlər həm Azərbaycanın səyləri, həm də Amerikanın müəyyən təlqinləri nəticəsində hər iki tərəf üçün eyni məsafədə dayanmağa üstünlük verir. Rusiyaya gəldikdə isə əsas problem burdadır. Bu gün məsələnin konstruktiv məcraya yönəlməyə qoymayan tərəf elə məhz Rusiyadır. Atəşkəs rejimin pozulmasında da bu ölkənin kifayət qədər təqsiri var. Lakin qeyd etdiyim kimi, Amerika problemlə bağlı sözdə nikbin fikirlər səsləndirir. Əgər söylənənlərə həqiqətən də əməl olunarsa, o zaman ermənilər Rusiyanın təzyiqlərinə baxmayaraq stol arxasında daha üzü yol ola bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB