Niyaməddin Orduxanlı: “İsa Qəmbər bu qərarı verməli idi və verdi də”

Niyaməddin Orduxanlı: “İsa Qəmbər bu qərarı verməli idi və verdi də”

"Müsavat başqanı İsa Qəmbər Əli Kərimlidən ayrılaraq yeni birlik yaratması gözlənilən idi". SİA-nın məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Müsavat Partiyası - Azərbaycan Milli Demokrat Partiyası (AMDP) - Azərbaycan Xalq Partiyası (AXP) arasında yaradılacaq koalisiyaya münasibətini açıqlayarkən bu fikirləri bildirib.

Məhz bu səbəbdən, Müsavat Partiyasının və bu partiyaya yaxınlığı ilə seçilən fərd və təşkilatların Milli Şuradan istefa verdiklərini bildirən BAXCP-nin sədr müavini xatırladıb ki, artıq bu qurumdan 40 nəfər istefa verib: "Elə bu məqsədlə Müsavat və ona yaxn şəxslər Milli Şuradan istefa verdi. İndiyə kimi Milli Şuradan 40 nəfərdən artıq şəxs istefa verib. İsa Qəmbər bu qurumda üçünçü planda idi. Əli Kərimli Cəmil Həsənlini də idarə edirdi. Həm də Əli Kərimli keçən ilki prezident seçkilərində İsa Qəmbərin radikal müxalifətin vahid namizədi olmasının qarşısını almışdı".

"İsa Qəmbər bütün bunların qarşılığını almalı idi" - deyə bildirən Niyaməddin Orduxanlı qeyd etdi ki, bu səbəbdən yaradılması ehtimal olunan koalisiya Milli Şuraya alternativ qurum kimi fəaliyyət göstərə bilər: "İsa Qəmbər bu qərarı verməli idi və verdi də. Bu adamlar bu gün hakmiyyət uğrunda deyil, bir-biri ilə mübarizə aparırlar".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə