Parlamentin bugünkü iclasında qurumun İntizam və Hesablayıcı komissiyasının tərkibi yenidən təşkil olunub. SİA-nın xəbərinə görə, tərkibi səsləndirən spiker Oqtay Əsədov seçilən üzvlərə uğurlar arzulayıb.
Fəttah Heydərov, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov, Sədaqət Vəliyeva - İntizam Komissiyasının, İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc və Zabelin Mixail isə - Hesablayıcı Komissiyanın tərkibində yer alıblar.
Qeyd edək ki, yeni tərkib yekdilliklə qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB