Emin Həsənli: “Bu gün bizim Mübariz İbrahimov, Ramil Səfərov kimi gəncliyimiz var” AÇIQLAMA

Emin Həsənli: “Bu gün bizim Mübariz İbrahimov, Ramil Səfərov kimi gəncliyimiz var” AÇIQLAMA

"Bu gün bizim Mübariz İbrahimov, Ramil Səfərov kimi gəncliyimiz var". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli 2 Fevral Gənclər Günü ilə bağlı dövlətimizin ölkə gəncliyinə göstərdiyi diqqətdən danışarkən deyib.

"Azərbaycanda 2 Fevral Gənclər günü 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Beləcə bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Hazırda gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edilməsi, Gənclər Fondunun, gənclər təşkilatlarının yaradılması və s. ölkə gəncliyinə göstərilən diqqətin bariz göstəricisidir. Bu gün 5 mindən artıq gəncimizin xaricə təhsil almasında dövlətimizin müstəsna xidmətləri vardır. Bununla belə gənclərimizin məşğulluq məsələləri daim diqqət mərkəzindədir. Onların mənzil şəraitinin yaxşılaşdırılması üçün İpoteka kreditləri ayrılıb. Həmçinin gənclərimiz yerli bələdiyyələrdə təmsil olunurlar, dövlət orqanlarında çalışırlar. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin 95 faizi ölkə gəncliyinin payına düşür. Gənclər Azərbaycanı İraqda, Əfqanıstanda, Beynəlxalq sülhyaratma prosesində çox gözəl təmsil edirlər. Bir sözlə Azərbaycan gəncliyi bütün sahələrdə - mətbuatda, KİVDF-də, QHT-də və s. öz sözünün deyir və uğurla fəaliyyət göstərirlər" - deyə, E.Həsənli sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə