YAP GB Los Ancelos Şəhər Şurasının qərarına qarşı e-mail aksiyaya strat verib

YAP GB Los Ancelos Şəhər Şurasının qərarına qarşı e-mail aksiyaya strat verib

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Los Ancelos Şəhər Şurasının qərarına qarşı e-mail aksiyaya strat verib. Bu barədə SİA-ya YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan bildirib.

S. Balaxan bildirib ki, bu qərara etiraz olaraq YAP GB-nin üzvləri Los Ancelos Şəhər Şurasının 15 üzvünün hər birinin e-mail ünvanına yüzlərlə Qarabağ həqiqətlərindən, erməni cinayətlərindən bəhs edən linklər, mətnlər və şəkillər göndərib: "Bu gün başladılan e-mail aksiyada beş yüzdən artıq YAP GB-nin üzvü iştirak edib. Bu kampaniyanı müntəzəm şəkildə davam etdirəcəyik".

YAP GB ofisinin rəhbəri əlavə edib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu gün Azərbaycanın əsas düşmənlərindən biri erməni lobbisi və onun bütün Türk dünyasına qarşı yönəlik əməlləridir: "Ermənilər məhz bunun nəticəsində Amerikanın Los Ancelos Şəhər Şurasının da işğal altında olan tarixi Azərbaycan torpağında, Qarabağda yaradılan qondarma Arsax Respublikasını tanımasına nail olublar. Bu Azərbaycan xalqının başına ermənilər tərəfindən gətirilən soyqırım cinayətləri, torpaqlarımızın işğal faktoru fonunda Azərbaycana qarşı atılan növbəti ədalətsiz addımdır. Los Ancelos Şəhər Şurasının üzvü olan erməni əsilli Paul Qreqorianın səyi nəticəsində verilən bu qərar bizlərdə dərin təəssüf hissi doğurur".

Bütün xəbərlər Facebook səhifəmizdə