Elman Abdullayev: "Erməni KİV-lərinin yaydıqları absurd fikirlərdir"
Xocalı soyqırımının və erməni işğalının ABŞ-da ifşa olunması fonunda erməni lobbisinin belə cılız və primitiv üsullara əl ataraq şəhər şuralarına maliyyə və siyasi təzyiqlər nəticəsində bəyanat tipli qətnamələr qəbul etdirməklə özlərinin məğlubiyyətə uğramalarını etiraf edirlər. SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərlə birgə keçirdiyi brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev ABŞ-ın Los Ancels ştatı şəhər şurasının Dağlıq Qarabağın müstəqilliyini tanımasına dair qətnamə qəbul etməsinə dair erməni kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məlumata münasibət bildirərkən deyib.
XİN sözçüsünün sözlərinə görə, bir müddət öncə biz erməni lobbisinin uğursuzluqlarından birinə şahid olduq: "Guya qəsəbə tipli şəhər olan Hayland Dağlıq Qarabağın müstəqilliyini tanıyıb. Təbii ki, bu absurddur və ABŞ-ın mövqeyi çox aydın və bəllidir. ABŞ Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyini tanıyır və dəstəkləyir. Bunu əsas gətirərək Hayland şəhər şurasının üzvü Codi Skot həmin qətnaməyə etiraz etmiş və belə bəyanatların qəbuledilməzliyini bildirmişdi".
Elman Abdullayev həmçinin erməni mətbuatı tərəfindən yayılan Şuşa və Los Ancelesin qardaşlaşmış şəhərlər kimi təqdim olunmasına aydınlıq gətirib: "Bu heç də ermənilərin zənn etdiyi kimi deyil. Bu günə qədər ABŞ-ın 18 ştatı Xocalı soyqırımı və 31 mart soyqırımına dair qətnamə qəbul edib və onlardan 14-ü Xocalı soyqırımı ilə bağlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB