AXCP İsa Qəmbərin çağırışına məhəl qoymadı

Fuad Qəhrəmanlı: “ Müxalifətdə səmimi mövqedə olmayan qurumlar Milli Şurada təmsil olunmurlar”
AXCP İsa Qəmbərin çağırışına məhəl qoymadı

Müsavat Partiyasının başqanı İsa Qəmbərin AXCP və Müsavat arasındakı qarşıdurmalara son qoymaq çağırışı cəbhəçilər tərəfindən qəbul olunmayıb. SİA xəbər verir ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı mətbuata verdiyi açıqlamasında sözügedən qarşıdurma çərçivəsində Müsavat Partiyası ilə körpülərin yandığını bildirib: "Müsavat Partiyası ilə yenidən bu və ya digər formatda əməkdaşlıq imkanları görünmür. AXCP üçün prioritet əməkdaşlıq formatı Milli Şura çərçivəsindədir. Müxalifətdə səmimi mövqedə olan qurumlar artıq Milli Şurada təmsil olunmurlar. Bundan kənarda AXCP üçün hələ ki, əməkdaşlıq perspektivləri yoxdur".

Xatırladaq ki, AXCP Milli Şuradan kənar olan müxalifət qurumlarını düşərgə təmsilçisi kimi qəbul etmədiyini bəyan edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə