Elton Məmmədov: “Millət vəkili olaraq gənclərin hər bir çağırışına dəstək verməliyik” AÇIQLAMA
"Azərbaycan dövləti, eləcə də ölkə rəhbəri, Prezident İlham Əliyev tərəfindən gənclər sahəsində kifayət qədər işlər görülüb". Bunu SİA-ya millət vəkili Elton Məmmədov 2 fevral Gənclər Günü ilə bağlı Azərbaycan dövlətinin gənclər siyasəti haqqında apardığı işlərə münasibət bildirərkən deyib.
"Dövlətimizin gənclərlə bağlı apardığı işlərdən biri də gənclər siyasəti haqqında qanunun mövcudluğudur. Bununla belə ölkəmizdə gənclərə kifayət qədər dəstək verəcək qanunvericilik bazamız zənginləşib. 2 Fevral Gənclər Gününə gəldikdə isə deyə bilərəm ki, hələ Ümummilli Lider Heydər Əliyev tərəfindən belə bir günün qəbul edilməsi respublikamızda gənclərə göstərilən böyük dəstək və xidmətin bariz nümunəsidir. Azərbaycan gəncləri dövlətimizin, xalqımızın gələcəyidir. Bu sahədə ölkə rəhbərliyi tərəfindən bütün sahələrdə - idman, mədəniyyət və s. gənclərə böyük diqqət göstərilir. Eləcə də biz də bir millət vəkili olaraq onların hər bir çağırışına dəstək verməliyik. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin ən prioritet istiqamətlərindən birinə çevrilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB